"Polat Alemdar" ekranlara qayıdır - Necati Şaşmazla bağlı SÜRPRİZ İDDİA

"Polat Alemdar" ekranlara qayıdır - Necati Şaşmazla bağlı SÜRPRİZ İDDİA

"Kurtlar Vadisi" serialında canlandırdığı Polat Alemdar obrazı ilə yaddaşlara həkk olunan Necati Şaşmazın qardaşı Raci Şaşmazın ssenarisini yazdığı "Yeraltı" serialına qonaq aktyor qismində qatıla biləcəyi iddia olunur.

Musavat xəbər verir ki, hekayəsi və atmosferi ilə "Kurtlar Vadisi"ni xatırladan bu layihədə Şaşmazın sürpriz bir rolla izləyici qarşısına çıxacağı xəbəri gündəm yaratsa da, hələlik aktyordan və ya prodüser heyətindən rəsmi açıqlama verilməyib.

Şaşmazın layihədə yer alıb-almayacağı və ya hansı rolda çıxış edəcəyi hələlik məlum deyil.

Bu iddianı daha da diqqətçəkən edən məqamlardan biri "Yeraltı" serialının ssenari komandasında Necati Şaşmazın qardaşı Raci Şaşmazın da təmsil olunmasıdır.

"Kurtlar Vadisi"nin yaradıcı heyətində də yer alan Raci Şaşmaz yeni serialın ssenarisini Berna Aruzla birlikdə yazır.

Yeraltı dünyasındakı güc mübarizələrindən bəhs edən layihə, süjet xətti və atmosferi baxımından "Kurtlar Vadisi" ilə oxşar cəhətlərə malik olması ilə diqqət çəkir.

Rejissoru Murat Öztürk olan "Yeraltı" serialı Türkiyədəki cinayətkar qruplaşmalar və kartellər arasındakı hakimiyyət mübarizəsini mərkəzə alır. Çərşənbə axşamları "NOW TV" ekranlarında yayımlanan serialın yayıma başladıqdan sonra reytinq cədvəlində üst pillələrə yüksəldiyi bildirilir.

Mənbə: www.musavat.com