İrandan bu ölkəyə təklif: Dollardan imtina edin

İrandan bu ölkəyə təklif: Dollardan imtina edin

İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Tehranla Bağdad arasında ticarətdə ABŞ dollarından imtina etməyə çağırıb.

Bu barədə “Mehr” məlumat yayıb.

Qalibaf İran və İraqın ikitərəfli ticarətdə milli valyutalardan istifadə etməsini və iqtisadi əməkdaşlıq üzrə yol xəritəsi hazırlamasını təklif edib. Onun sözlərinə görə, bu addım ölkələrin ABŞ dollarından asılılığını azaltmağa imkan verə bilər.

İran parlamentinin spikeri həmçinin iki ölkə arasında birgə sənaye zonalarının yaradılmasını və sərhədyanı ticarətin genişləndirilməsini təklif edib. O, iqtisadiyyat və təhlükəsizliyin bir-birindən ayrılmaz olduğunu vurğulayıb.

Mənbə: publika.az