Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin üç ünvanında nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, Suraxanı rayonu, Günəşli qəsəbəsinin Mürsəl Kazımlı küçəsi — avqustun 21-i saat 19:00-dan, Səbail rayonunun Gülüstan küçəsi, Gülüstan Sarayına gedən yol — avqustun 22-si saat 09:00-dan, Səbail rayonunun Əlibəyov qardaşları küçəsi — avqustun 22-si saat 09:00-dan müvəqqəti bağlanacaq.
“Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.
Mənbə: qafqazinfo.az