ABŞ-ın Venesuelaya qarşı dəniz blokadası şəraitində neft bahalaşır.
“Reuters”ə istinadən xəbər verilir ki, Karib regionunda gərginliyin yüksəlməsi fonunda dünya neft qiymətləri dekabrın 22-də keçirilən səhər ticarətində artım göstərib.
Bazar iştirakçıları Venesuela neftinin tədarükünün məhdudlaşdırılması ehtimalı səbəbindən xammal təklifinin azalacağından narahatdırlar. Hazırda investorlar logistika zəncirində yarana biləcək fasilələri və Venesueladan ixracın məcburi dayandırılması fonunda dünya bazarında ağır neft növlərinin qıtlaşması riskini qiymətlərə daxil edirlər.
Bu amillər etalon neft növlərinin qiymətlərinin yüksəlməsi ilə nəticələnib. Belə ki, Brent markalı neftin fyuçersləri 62,48 dollaradək yüksəlib, ABŞ-ın WTI markalı yüngül nefti isə 58,79 dollar səviyyəsinə çatıb.
Mənbə: publika.az