2026-cı ilin ikinci rübündə avrozona iqtisadiyyatı 0,4 faiz, Avropa Birliyinin iqtisadiyyatı isə yarım faiz artıb.
Bu barədə “Eurostat” məlumat yayıb.
Ən böyük artımlar İrlandiyada (3,9 faiz artım), Litvada (1,7 faiz artım) və İsveçdə (1,4 faiz artım) müşahidə olunub. Ən aşağı, sıfır nəticələr isə Belçika və Avstriyada qeydə alınıb.
Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, Almaniya iqtisadiyyatı 2026-cı ilin ikinci rübündə 0,2 faiz artıb. Bu nəticə geosiyasi qeyri-sabitliyə baxmayaraq artan ixracın hesabına baş verib.
Müəllif: Tural
Mənbə: publika.az