“Qarabağ” ötən il olduğu kimi bu il də UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başlayacağı rəsmiləşib.
“Qafqazinfo”nun məlumatına görə, PSJ-nin “Arsenal”ı məğlub edərək finala yüksəlməsi ilə “Slovan Bratislava” və “Qarabağ” klubları turnirin 1-ci təsnifatından 2-ci təsnifata yüksəlib.
Bu nəticələrdən sonra “Olimpiakos” klubu da 2-ci təsnifatdan birbaşa Liqa mərhələsinə yüksəlib.
Mənbə: qafqazinfo.az