Yığmamız Astanada 3 cüdoçu ilə təmsil olunacaq

Yığmamız Astanada 3 cüdoçu ilə təmsil olunacaq

Azərbaycan qadınlardan ibarət cüdo yığması mayın 9-11-də Qazaxıstanın paytaxtı Astanada Böyük Dəbilqə turnirində iştirak edəcək.

Komandanın heyətində 3 idmançı yer alıb.

Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Fidan Əlizadə (57 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, üç gün davam edəcək yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) iştirak edəcək.


Mənbə: unikal.az