Çempionlar Liqasında ikinci finalçı bəlli oldu - VİDEO

Çempionlar Liqasında ikinci finalçı bəlli oldu -

UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib.

Bu, Parisdə keçirilən PSJ - “Arsenal” matçından sonra müəyyənləşib.

Fransa təmsilçisini cavab qarşılaşmasında rəqibini 2:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

PSJ finalda “İnter”lə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

7 may

23:00. PSJ (Fransa) - “Arsenal” (İngiltərə) (ilk oyun - 1:0) - 2:1
Qol: Fabian Ruiz, 27, Hakimi, 72 - Saka, 76

Mənbə: qafqazinfo.az