AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Premyer Liqasının 33-cü turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
“Turan Tovuz”la oyunun 59-cu dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Zirə”nin müdafiəçisi Qismət Alıyev 2 oyunluq cəzalanıb, qəsəbə təmsilçisi 1500 manat cəriməyə məruz qalıb. 4 futbolçusu sari vərəqə alan “Turan Tovuz” isə 700 manat cərimə ödəyəcək.
“Araz-Naxçıvan”la matçda 4 üzvü sarı vərəqə alan “Sabah” da 700 manat xərcə düşüb.
“Neftçi” – “Kəpəz” matçının 70-ci dəqiqəsində isə birincilərin yarımmüdafiəçisi Elvin Camalov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb ki, buna görə, qarşıdakı 2 turu buraxmalı olacaq. “Neftçi” buna görə 1500 manat cərimə edilib.
Mənbə: qafqazinfo.az