Mahir Emreli Polşada altıncı qolunu vurdu, komandası məğlub oldu - VİDEO

Mahir Emreli Polşada altıncı qolunu vurdu, komandası məğlub oldu - VİDEO
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində altıncı qolunu vurub.

29 yaşlı hücumçu Polşa çempionatının V turunda "Qurnik"ə qarşı keçirilən ev oyununda fərqlənib.

Mahir Emrelinin 79-cu dəqiqədə vurduğu qol komandasını məğlubiyyətdən xilas etməyib. Matç qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə: oxu.az