“Qarabağ”ın futbolçusu Kadi Borges 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb.
Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Bildirilib ki, braziliyalı futbolçu Misli Premyer Liqasının III turunda baş tutan “Sumqayıt”– “Qarabağ” qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün cəzalanıb. Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib.
Bununla yanaşı, Ağdam təmsilçisi 3 min manat cərimələnib.
Mənbə: qafqazinfo.az