Qana millisi yenidən Karluş Keyruşa tapşırıldı

Qana millisi yenidən Karluş Keyruşa tapşırıldı

Portuqaliyalı mütəxəssis Karluş Keyruş futbol üzrə Qana millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.

Bu barədə Qana Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Təcrübəli məşqçi ilə imzalanan müqavilənin müddəti barədə hələlik heç bir rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Keyruşun 73 yaşı var. 2026-cı ilin aprel ayında o, Qana yığmasının baş məşqçisi postunu tutmuş, ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında (DÇ-2026) komandaya rəhbərlik etmişdi. Həmin turnirdə qrup mərhələsini üçüncü yerdə başa vuran kollektiv pley-off mərhələsinə vəsiqə qazana bilməmişdi. İyulun 6-da isə portuqaliyalı mütəxəssis vəzifəsindən ayrıldığını açıqlamışdı. Keyruş məşqçi karyerası ərzində Qanadan əvvəl üç fərqli millini - CAR (2002), Portuqaliya (2010) və İranı (2014, 2018, 2022) dünya çempionatına çıxarmağı bacarıb. O, həmçinin İspaniyanın "Real Madrid" klubunda, eləcə də BƏƏ, Kolumbiya, Misir, Qətər və Oman yığmalarında fəaliyyət göstərib.

Mənbə: oxu.az