“Trabzonspor” daha bir futbolçu transfer edib.
Klub “Midtyullann”dan (Danimarkan) Frankulino Conu alıb.
Türkiyə klubu bu keçid üçün qarşı tərəfə 17 milyon avro ödənəcəyini, futbolçunun isə illik 2.1 milyon avro qazanacağı bildirilib. Tərəflər arasında 4+1 illik müqavilə imzalanıb.
Bununla da “Trabzonspor” tarixinin ən bahalı transferini həyata keçirib.
Qeyd edək ki, Qvineya-Bisau millisinin üzvü “Midtyullann” forması ilə çıxdığı 117 matçda 58 qol vurub və 15 məhsuldar ötürmə edib.
Mənbə: qafqazinfo.az