“Sevilya” Gürcüstandan transfer həyata keçirdi

“Sevilya” Gürcüstandan transfer həyata keçirdi

"Sevilya" "Sportinq"in yarımmüdafiəçisi Giorgi Koçoraşvilini transfer edib.

27 yaşlı futbolçu ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.

Transferin məbləğinin bonuslar nəzərə alınmadan təxminən 4 milyon avro olduğu bildirilir.

Koçoraşvili artıq yeni komandası ilə birlikdə bu gün "Atletik"lə keçiriləcək səfər oyununa yollanıb.

Gürcüstan millisinin üzvü ötən mövsüm "Sportinq"in heyətində 26 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib. O, daha əvvəl İspaniyada "Levante"nin formasını geyinib.


Mənbə: yenisabah.az