Muzeydən futbolçunun formasını oğurladılar

Muzeydən futbolçunun formasını oğurladılar

“Korintians” azarkeşi Braziliya klubunun muzeyindən “Zenit”in keçmiş hücumçusu Yuri Albertonun formasını oğurlayıb.

Bu barədə “Globo Esporte” məlumat yayıb.

Hadisə “Korintians”ın xatirə kompleksində baş verib. Naməlum bir şəxs futbolçunun Braziliya Kuboku finalında geyindiyi formanı oğurlayıb.

Klub polisə CCTV görüntülərini təqdim edib. Yerli polis əməkdaşları sonda şübhəlinin kimliyini müəyyən ediblər və o, bölməyə aparılıb. Forma “Korintians”a qaytarılıb. Klub əşyanın yenidən muzeydə nümayiş etdiriləcəyini açıqlayıb.

Mənbə: publika.az