UEFA Çempionlar Liqası: "Sabah" həlledici oyuna çıxır

UEFA Çempionlar Liqası: "Sabah" həlledici oyuna çıxır
Azərbaycan çempionu "Sabah" bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Danimarka təmsilçisi "Orhus"u qəbul edəcək.

Matçda ədaləti fransalı referi Villi Delajo qoruyacaq. Yaşıl meydanda ona həmvətənləri Ervan Finjean və Valentin Evrar yan xətt hakimləri kimi dəstək olacaqlar. Dördüncü hakim funksiyası Erik Vattelyerə həvalə edilib. Matçın VAR otağında Bastien Deşepi, AVAR qismində isə Nikolya Rainvill əyləşəcəklər.

"Bank Respublika Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Xatırladaq ki, komandalar arasında ilk qarşılaşma Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Sabah" əvvəlki təsnifat mərhələlərində Uels təmsilçisi TNS və Finlandiyanın "KuPS" komandalarını mübarizədən kənarlaşdıraraq III təsnifat mərhələsinə yüksəlib.

"Bayquşlar" bu mərhələni keçəcəyi təqdirdə UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel Beer-Şeva" (İsrail) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Mənbə: oxu.az