Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı

Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin MRT yoxlanışının nəticəsi bəlli olub.

Bu barədə “Qafqazinfo”ya klubdan məlumat verilib.

“Futbolçumuzun sağlamlığında hansısa bir problem aşkarlanmayıb, komanda ilə məşqlərini davam etdirir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Elvin “Dinamo” – “Qarabağ” matçında zədələnib və 75-ci dəqiqədə məcburi şəkildə əvəzlənib.

Xatırladaq ki, matç avqustun 6-da “Lublin Arena”da keçirilib və “Dinamo”nun 1:0 minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə: qafqazinfo.az