İtaliyanın “Napoli” klubunun belçikalı futbolçusu Romelu Lukaku karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
33 yaşlı hücumçu “Fənərbağça” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Məlumata görə, Lukaku İstanbul təmsilçisində iki mövsüm ərzində ümumilikdə 10 milyon avro qazanacaq.
Transferin yekunlaşması üçün klubların razılığa gəlməsi gözlənilir. “Napoli” belçikalı futbolçunun satışından 10-12 milyon avro gəlir əldə etmək istəyir.
Qeyd edək ki, Lukakunun İtaliya klubu ilə müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq.
Mənbə: olke.az