“Qalatasaray”ın ruslara 20 milyonluq təklifi havada qalıb

“Qalatasaray”ın ruslara 20 milyonluq təklifi havada qalıb

“Qalatasaray” Aleksey Batrakov üçün “Lokomotiv”ə ilk təklifini verib.

Bu barədə vəziyyətlə tanış olan mənbə “Championat”a bildirib.

Türkiyə klubu rusiyalı yarımmüdafiəçi üçün 20 milyon avro təklif edib. “Lokomotiv” hələ bu təklifə cavab verməyib.

Daha əvvəl Türkiyə mənbələri “Qalatasaray”ın rusiyalı yarımmüdafiəçinin transferinin bütün şərtləri ilə bağlı Moskvanın “Lokomotiv” klubu ilə razılığa gəldiyini bildirmişdilər.

“Dəmiryolçular”ın gənclər sisteminin yetirməsi olan Batrakov əsas komandada 81 oyun keçirib, 33 qol vurub və 23 məhsuldar ötürmə edib. “Transfermarkt” onu 28 milyon avro dəyərində qiymətləndirir.

Mənbə: publika.az