Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirir.
Musavat.com xəbər verir ki, ötən gecə dron zərbələri Rusiyanın 3 ən böyük neft emal edən zavodundan birində – Ryazan NEZ-də güclü yanğına səbəb olub. Zavodun illik emal gücü 18 milyon ton təşkil edir.
Bundan əlavə, Ukrayna Wildberries-in Ryazanda yerləşən anbarına da zərbə endirib, orada yanğın başlayıb.
Qeyd edək ki, Wildberries-in Ryazan anbarı yayda da zərbələrə məruz qalmışdı.
Mənbə: musavat.com