Sərhədimizdə İran raketləri – Təhlükə yaxında?

Sərhədimizdə İran raketləri – Təhlükə yaxında?

İran-Azərbaycan sərhədində, Arazın cənubunda İranın ballistik raket buraxılış qurğuları müşahidə olunub. Bu haqda sosial media şəbəkəsində məlumat və fotolar paylaşılıb. Mənbələrin yaydığı fotoda bir raket buraxılış qurğusu və bir neçə hərbi maşın görünür. Qeyd edək ki, İranın dövlət mediası Müctəba Xamenei ilə yüksək rütbəli hərbi komandirlər arasında görüş keçirildiyi barədə məlumat yayıb. Məlumata görə, komandirlər həmin görüş zamanı şimal-qərb sərhədlərindəki qüvvələrin hazırlığı barədə məlumat veriblər (Axar.az).

İran 4 tələbi yerinə yetirsə, müharibə olmayacaq | Modern.az

Başqa bir xəbərə görə, İranın ali rəhbəri Müctəba Xamenei ölkəyə qarşı istənilən yeni təcavüzə dərhal və qətiyyətlə, coğrafi məhdudiyyət olmadan cavab verilməsini əmr edib. IRNA xəbər verir ki, o, bu göstərişi Silahlı Qüvvələrin yüksək rütbəli komandanları ilə görüşündə verib. Xamenei yüksək döyüş hazırlığını maksimum çəkindirmənin əsas şərti adlandırıb. O bildirib ki, İrana qarşı hərbi və ya terror hücumları yenidən başlasa, onların nə vaxt və hansı şərtlərlə başa çatacağını İranın Silahlı Qüvvələri və xalqı müəyyənləşdirəcək. Bununla belə, İran Prezidenti Məsud Pezeşkian ölkə hökumətinin ABŞ ilə uzun müddətdir davam edən silahlı münaqişənin diplomatik danışıqlar yolu ilə həlli üçün İranın ali rəhbəri Müctəba Xameneidən birbaşa səlahiyyət aldığını rəsmi şəkildə bəyan edib.

Yaxınlaşmaqda görünən təhlükənin miqyası Azərbaycan üçün hansı təhdidlər yaradır?

XezerNews.az - İrana qarşı müharibə: İkinci nəfəs, yoxsa ikinci cəbhə

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a açıqlamasında qeyd edib ki, İranın Araz çayının cənub sahilində raket buraxılış qurğularının göründüyü bildirilir, ancaq mövcud məlumatlar onların dəqiq yerini, nə vaxt yerləşdirildiyini və hansı məqsədlə orada olduğunu müstəqil şəkildə təsdiqləmir. Onun sözlərinə görə, raket qurğusunun sərhədə yaxın ərazidə görünməsi onun Azərbaycana qarşı hücum əmri aldığı anlamına gəlmir: "Tehran uzun müddətdir Azərbaycanın ərazisinin İrana qarşı istifadə edilə biləcəyindən narahat olduğunu bildirir. Bakı isə Azərbaycan ərazisinin heç bir üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat fəaliyyəti üçün istifadə edilməsinə icazə verilmədiyini bəyan edib. Raket sistemlərinin sərhədə yaxın yerləşdirilməsi, hətta hücum niyyəti olmasa belə, səhv hesablamalar və gərginliyin artması riskini yaradır".

İran Trampı yeni müharibə ilə hədələdi

Hərbi təhlilçi hesab edir ki, ən ciddi təhlükələrdən biri İran ərazisinə yönələn zərbələr zamanı raket və dronların Azərbaycan ərazisinə düşməsi və ya hava məkanını pozmasıdır: "İranda yaşayan azərbaycanlıların vəziyyəti də Bakı üçün xüsusi həssaslıq daşıyır. Lakin İranda yaşayan azərbaycanlıların hamısının eyni siyasi mövqedə olduğunu və ya İranın parçalanmasını istədiyini düşünmək düzgün deyil. İranla uzun sərhədin mövcudluğu da vəziyyəti daha mürəkkəb edir. Azərbaycan qonşuluqda bir qaynar ocağın olmasının əleyhinədir. Çünki istənilən halda bunun bu və ya digər təsirləri olur. 40 günlük müharibə zamanı Naxçıvana dron hücumu da göstərdi ki, müharibə İranın hüdudlarını açır. Halbuki Pezeşkian və digər rəsmilər bəyan ediblər ki, müharibə dövründə Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb. Təbii ki, növbəti hücum olarsa, Bakının mövqeyi dəyişməyəcək".
P.S. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinin amerikalıların müharibəni rədd etdiyini göstərdiyini bildirib.

Mənbə: musavat.com