Rusiyanın Belqorod vilayəti ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin (USQ) 89 hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Şuvayev məlumat verib.
Onun sözlərinə görə, hücumlar Belqorod şəhərini və daha 10 rayonu əhatə edib. Əraziyə artilleriya və reaktiv yaylım atəş sistemlərindən 6 dəfə zərbə endirilib.
Bundan başqa, sutka ərzində vilayət üzərində 149 pilotsuz uçuş aparatı (PUA) məhv edilib və ya elektron vasitələrlə sıradan çıxarılıb.
Hücumlar nəticəsində 6 nəfər yaralanıb. Onların arasında 3 uşaq da var. Azyaşlılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir.
Mənbə: publika.az