Hörmüz boğazı yaxınlığında dəniz minalarına düşən dörd tanker zədələnib

Hörmüz boğazı yaxınlığında dəniz minalarına düşən dörd tanker zədələnib

Bakı, 4 noyabr, AZƏRTAC

Hörmüz boğazı yaxınlığında dəniz minalarına düşən dörd tanker zədələnib, daha iki gəmi saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna istinadla məlumat yayıb.

Bildirilib ki, gəmilər Hörmüz boğazının cənubunda keçid üçün qadağan olunmuş ərazidən hərəkət etməyə cəhd göstərərkən minalara düşüb. İİKK-nın açıqlamasına görə, tankerlərdə yanğın baş verib, daha iki gəminin hərəkəti dayandırılıb.

Mənbə: azertag.az