Qızıl bahalaşmağa başladı

Qızıl bahalaşmağa başladı

Neft qiymətlərinin enməsi inflyasiya təzyiqlərinin zəifləyəcəyi gözləntilərini artıraraq qızılın bahalaşmasına təsir edib.

“Bakupost” xəbər verir ki, spot qızılın qiyməti 0,3% artaraq bir unsiya üçün 4 175,60 dollara, ABŞ-də qızıl fyuçersləri isə 0,4% yüksələrək 4 196,40 dollara çatıb.
“KCM Trade” şirkətinin baş analitiki Tim Uoter bildirib ki, neftin ucuzlaşması inflyasiya ilə bağlı gözləntiləri yaxşılaşdıraraq qızılın qiymətini dəstəkləyir.
İnvestorlar gələn həftə keçiriləcək ABŞ Federal Ehtiyat Sisteminin (FES) iclasını və ölkədə açıqlanacaq inflyasiya göstəricilərini gözləyirlər. Faizlərin artırılması qızılın cəlbediciliyini azalda bilər.
Vüsalə Hüseynova,
BakuPost

Mənbə: www.bakupost.az