Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurdu

Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurdu

Qazaxda 35 yaşlı kişini ildırım vurub.

Apa-ya istinadən xəbər verilir ki, rayon sakini 1991-ci il təvəllüdlü S. Bağırovu mal-qara otararkən ildırım vurub. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: bizim.media