Zaur Rzayevin vəziyyəti ağırdır

Zaur Rzayevin vəziyyəti ağırdır

Azərbaycanın xalq artisti Zaur Rzayevin son durumu açıqlanıb.

TƏBİB-dən Ölkə.az-ın sorğusuna cavab olaraq onun müalicəsinin Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirildiyi bildirilib.
Z.Rzayevin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, xalq artisti sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.
Müğənni evə buraxılsa da, vəziyyəti yenidən pisləşib və xəstəxanaya aparılıb.

Mənbə: www.bakupost.az