İran 9 ölkəyə zərbə endirəcək! – Moxber elan etdi

İran 9 ölkəyə zərbə endirəcək! –


İranın ali rəhbərinin müşaviri Məhəmməd Moxber Qətərdə yerləşən “Ras Laffan” qaz kompleksinə edilən hücumu müdafiə edib.

Globalinfo.az-a istinadla xəbər verilir ki, bu barədə İran mediası məlumat yayıb.
O, bu zərbənin dünya miqyasında problemlərə səbəb olduğunu bildirib:
“Əsas çəkindirici amil İranın enerji obyektlərinə hücum olacağı təqdirdə digər ölkələrin də analoji infrastrukturunun hədəfə alınmasıdır. Əgər bizim elektrik stansiyalarımızı və neft-kimya müəssisələrimizi vursalar, biz də doqquz ölkənin elektrik stansiyalarını və neft-kimya obyektlərini vurarıq”.
İran rəsmisi bu yanaşmanı ölkənin çəkindirmə strategiyasının əsas elementi kimi təqdim edib.

Mənbə: www.bakupost.az