“İndi başımın çox ağrımağını istəmirəm. Enerjim gedir ortada. Mənim illərlə məhkəmədə olduğum dönəmlər olub. Məni dəlixanaya qədər aparıblar. Heç yerdə deməmişəm bunu”.
Bu barədə jurnalist Pərviz Hüseyn qonaq olduğu “Çənə podkastda danışıb. O, 1 saylı Psixiatriya Xəstəxanasına aparılmasından danışıb:
“Məni Maştağaya aparıblar. 8 nəfər həkim yoxlayıb ki, dəliyəm yoxsa ağıllıyam? Məhkəməyə vermişdilər. Belə bir iddia var idi”.(“Yeni Sabah”)
Mənbə: publika.az