İmişlidə 5 yaşlı uşağı traktor vurub.
Hadisə avqustun 6-da rayonun Rəsullu kəndi ərazisində baş verib.
Belə ki, Mustafayev Məhəddin İnsaf oğlunun idarə etdiyi "T-428" markalı traktor hərəkətdə olarkən yolda velosiped sürən 2021-ci il təvəllüdlü Xəlilzadə Ömər Rəşid oğlunu vurub.
Nəticədə azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə: az.trend.az