Səudiyyə Ərəbistanının cənub sərhəd bölgəsi Nəcranda husilərin hücumları 11 nəfər yaralanıb.
Xarici mətbuata istinadən xəbər verilir ki, yaralılar arasında yeddi Səudiyyə Ərəbistanı vətəndaşı, bir Yəmən vətəndaşı, iki Misir və bir Pakistan vətəndaşı var.
Yerli mənbələrin məlumatına görə, hücumlar nəticəsində ən azı 58 əsgər həlak olub, onlarla əsgər yaralanıb.
Həmçinin qeyd olunur ki, Yəmən husiləri İraq milisləri ilə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi altında Səudiyyə Ərəbistanına qarşı daha genişmiqyaslı hücumlara hazırlaşa bilər.
Mənbə: unikal.az