"Qafqazinfo"ya istinadən xəbər verilir ki, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törədilməsi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-ci il təvəllüdlü Əsgər Vəli oğlu Səmədov və həyat yoldaşı 1954-cü il təvəllüdlü Adilə Soltan qızı Hüseynovanın yaşadığı evə oğurluq məqsədilə daxil olub. Daha sonra isə evə od vuraraq uzaqlaşıb.
Hadisə nəticəsində 85 yaşlı kişi və 72 yaşlı qadın həlak olublar.
Vəfat edən şəxslərin oğlu bildirib ki, hadisə zamanı evdən 15 min manat pul oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə V.Baxşəliyev saxlanılıb.
Ahıl kişi ilə qadının yanğından əvvəl öldürülməsi və ya yanğın nəticəsində vəfat etmələri müəyyənləşdirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Mənbə: oxu.az