Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda Aralıq dənizi sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:10-da qeydə alınıb. Zəlzələnin ocağı 10,86 kilometr dərinlikdə yerləşib.
Mənbə: publika.az