ABŞ-da hərbi hakerlər kütləvi şəkildə intihar edirlər - Səbəb İrandır?

ABŞ-da hərbi hakerlər kütləvi şəkildə intihar edirlər - Səbəb İrandır?

Son bir ayda ABŞ Kiber Komandanlığının heyəti arasında ən azı beş intihar hadisəsi qeydə alınıb.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbələrə görə, intiharların artması Amerika qanunvericilərini və Pentaqon rəhbərliyini narahat edib.

“İrana qarşı müharibə səbəbindən hərbi hakerlərin iş yükünün kəskin şəkildə artması, eləcə də iş proseslərinə yeni süni intellekt modellərinin tətbiqi cəhdləri fonunda yaranan vəziyyət bir daha şəxsi heyətin psixoloji durumu ilə bağlı suallar doğurur”, - agentliyin məlumatında bildirilir.

Müəllif: Tural

Mənbə: publika.az