Amerikalı dietoloqlar yaşıl çayın hər gün qəbul edilməsinin orqanizmə təsirləri barədə danışıblar.
Diyetoloq Ceki Bridsonun sözlərinə görə, yaşıl çay tərkibindəki L-teanin və kofein sayəsində gün ərzində yüngül və davamlı enerji verir, həmçinin diqqəti və konsentrasiyanı artırır.
Dietoloq Kendra Heyr isə bildirib ki, yaşıl çayın tərkibindəki antioksidantlar ürək, həzm sistemi, beyin və qaraciyərin sağlamlığını dəstəkləyir, immuniteti və maddələr mübadiləsini gücləndirir. Onun sözlərinə görə, bir sıra araşdırmalar yaşıl çayın müntəzəm və ölçülü istehlakının insult riskinin azalması ilə əlaqəli olduğunu göstərir.
Lakin mütəxəssis xəbərdarlıq edib ki, yaşıl çayın tərkibindəki taninlər dəmirin mənimsənilməsini çətinləşdirə bilər. Buna görə də qanda dəmir səviyyəsi aşağı olan və ya dəmir çatışmazlığı anemiyasından əziyyət çəkən şəxslərə yaşıl çayı yeməkdən ən azı bir saat sonra içmək tövsiyə olunur.
Həmidə İbrahimova
Mənbə: olke.az