Qramı 290 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR

Qramı 290 manat oldu:   Qızıl bazarında SON QİYMƏTLƏR

Qızıl bazarında son dövrlər nəzərəçarpacaq durğunluq yaranıb. Dünya bazarlarında qiymətli metalın bahalaşması yerli bazarda da özünü göstərir. Bu isə həm alıcı fəallığının azalmasına, həm də satışların əvvəlki dövrlərlə müqayisədə zəifləməsinə səbəb olub.

BAKU.WS-ə istinadla xəbər verilir ki, qızıl mağazalarının sahibləri müştəri sayında azalma olduğunu bildirirlər. Bahalaşan qiymətlər fonunda vətəndaşlar zinət əşyalarının alışına daha ehtiyatlı yanaşmağa başlayıblar.
Paytaxtda fəaliyyət göstərən zərgər Aqil İsmayılovun sözlərinə görə, bazarda ən çox tələbat görən məhsullardan biri 585 əyyarlı, yəni "Türk qızılı" adlandırılan qızıldır. Hazırda onun bir qramının satış qiyməti 170-175 manat arasında dəyişir.
"Alıcıların maraq göstərdiyi digər növ 750 əyyarlı italyan qızılıdır. Bu qızılın bir qramı mağazalarda 250-270 manata təklif olunur. Zərif işlənməsi və müasir dizaynı səbəbindən xüsusilə gənc alıcılar arasında populyarlığını qoruyur.
Yüksək əyyarlı qızıllar arasında 918 əyyarlı ərəb qızılı seçilir. Keyfiyyəti və fərqli görünüşü ilə diqqət çəkən bu qızılın qiymətində də artım müşahidə olunur. Belə ki, bir müddət əvvəl qramı 260 manat olan ərəb qızılı hazırda 280-290 manata satılır".
Qeyd edək ki, bazarda diqqət çəkən digər məqam isə alış və satış qiymətləri arasındakı fərqdir. Belə ki, vətəndaşların satmaq üçün təqdim etdiyi qızıl məmulatları mağazalarda göstərilən satış qiymətlərindən xeyli aşağı dəyərləndirilir. Hazırda 585 əyyarlı qızılın alış qiyməti qram üçün təxminən 133 manat təşkil edir.

Mənbə: www.bakupost.az