Tovuz rayonunda ölümlə nətinəcələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Dönük Qırıqlı kəndi ərazisində baş verib.
“VAZ-2106” və “Mitsubishi Pajero” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü ölüb.
İlkin məlumata görə, daha iki nəfər xəsarət alıb.
Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev


Mənbə: qafqazinfo.az