SEPAH-dan iddia: Küveyt aeroportunu ABŞ vurub

SEPAH-dan iddia: Küveyt aeroportunu ABŞ vurub

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhebi ABŞ-ın "Patriot" hava hücumundan müdafiə (HHM) sisteminə məxsus raketin ora düşdüyünü açıqlayıb:

"Araşdırmamız göstərir ki, SEPAH-ın Aerokosmik Qüvvələri bu hədəfə heç bir buraxılış həyata keçirməyib. Küveyt Hava Limanının sərnişin terminalının dağılması İran raketlərini ələ keçirmək üzrə uğursuz cəhddən sonra həmin terminalın üzərinə düşən ABŞ "Patriot" sistemlərinin səhvinin nəticəsidir".

Qeyd edək ki, Küveyt Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatı (PUA) hücumlarına görə fəaliyyətini dayandırıb. Terminala PUA-lar və ballistik raketlərlə endirilən zərbələr nəticəsində 1 nəfər ölüb, 60-dan çox insan yaralanıb.

Mənbə: publika.az