Meyiti aşkarlanan şəxsin kimliyi məlum oldu

Meyiti aşkarlanan şəxsin kimliyi məlum oldu

Yuxarı Qarabağ kanalından aşkarlanan naməlum meyitin kimliyi məlum olub.

Meyiti aşkarlanan şəxs Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Səxavət Novruz oğlu Abdullayevdir.

Qeyd edək ki, ötən gün Bərdə rayonunda Yuxarı Qarabağ kanalından naməlum meyit aşkar edilib.

Naməlum meyit kanalın Həsənqaya kəndi ərazisindən keçən hissəsində tapılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: axar.az