“Elmlər Akademiyası” metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində hərəkət edən 206 saylı marşrut avtobusunda sərnişin həyatı üçün təhlükə yaradan vəziyyət müşahidə olunub. Belə ki, dövlət qeydiyyat nişanı 90-HM-282 olan avtobusda oturacaqlardan biri çıxarılıb, lakin oturacağın yerində açıq və iti dəmir borular qalıb ki, bu da təhlükə mənbəyidir.
Məsələ ilə bağlı Axar.az-ın sorğusunu cavablandıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, son illər Bakıda və yaxınlıqdakı qəsəbələr istiqamətində fəaliyyət göstərən marşrut avtobusları kamfortlu olması ilə seçilir. Bu baxımdan bərbad vəziyyətdə olan bir avtobusun 206 saylı marşrut xəttində saxlanılması qəbuledilməzdir.
Mənbə: axar.az