Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 24 yaralı - Fotolar - Yenilənib

Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 24 yaralı -

Ağdam-Füzuli yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, qəza bu gün saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində qeydə alınıb.

“Ford” markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində mikroavtobusda olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

***

Qəzaya düşən şəxslərin əkin sahəsində çalışdığı və hadisənin sahəyə gedərkən baş verdiyi bildirilir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar.

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdiriliblər. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

Mənbə: qafqazinfo.az