Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - TƏCİLİ

Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - TƏCİLİ


Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukova aeroportuna uçması gözlənilən aviareys təxirə düşüb.

Bu barədə Teleqraf-ın yerli bürosuna sərnişinlərdən biri məlumat verib.
Məlumata görə saat 18-00 da uçmalı olan təyyarə sabah saat 12-00 dək təxirə düşüb.
İlkin məlumata görə, 118 sərnişin uçması gözlənilirdi. Sərnişinlərin bir qismi Gəncə şəhərindəki otellərə yerləşdirilib. İlkin ehtimal olaraq təyyarədə yaranan texniki nasazlıq əsas göstərilir

Mənbə: www.bakupost.az