Dağıstanda sudan zəhərlənənlərin sayı 300-ü ötdü

Dağıstanda sudan zəhərlənənlərin sayı 300-ü ötdü

Dağıstanın Maqaramkent rayonunda sudan zəhərlənənlərin sayı 302 nəfərə çatıb.

“İzvestiya” nəşrinə istinadən xəbər verilir ki, bu barədə Dağıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, zəhərlənənlərdən 294-ü uşaqdır.

Hazırda 93 xəstə stasionar müalicə alır. Xəstələrin vəziyyətinin ciddi olmadığı bildirilib.

Qeyd edək ki, iyulun 8-i Dağıstanda sudan kütləvi zəhərlənmə baş verib. Hadisə zamanı ilkin olaraq 110 nəfər xəstəxanaya yerləşdirilmişdi.

Mənbə: qafqazinfo.az