Bakıda motosiklet sürücüsü polisin "saxla" əmrinə tabe olmayaraq qaçmağa cəhd edib.
Oxu.az-a istinadla xəbər verilir ki, hadisə metronun "Həzi Aslanov" stansiyası yaxınlığında baş verib.
Sürücü nəqliyyat vasitəsini yüksək sürətlə idarə edərək digər hərəkət iştirakçılarına da təhlükə yaradıb.
Polis əməkdaşlarının xəbərdarlıqlarına məhəl qoymayan şəxs xuliqanlıq hərəkətləri törədərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Hazırda hadisənin təfərrüatı araşdırılır.
Mənbə: www.bakupost.az