Qırmızı dənizdə Yunanıstana məxsus “Eternity C” gəmisinin batmasının məsuliyyətini Yəmənin “Ənsərullah təşkilatı üzərinə götürüb.
Bu barədə husilərin nümayəndəsi Yəhya Səriya məlumat verib.
Bildirilib ki, hücum pilotsuz qayıqdan, həmçinin 6 qanadlı və ballistik raketdən istifadə edilərək həyata keçirilib.
Qeyd edək ki, “Eternity C”in 25 heyət üzvündən 4-ü həlak olub, daha 7-si xilas edilib və 14 nəfər itkin düşüb.
Mənbə: axar.az