Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan diplomatlarını peşə bayramı münasibətilə təbrik edib.
TDT Baş katibi bu barədə X-də yazıb.
"Diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin işinizə sədaqətiniz ölkənin beynəlxalq arenadakı maraqlarının təşviqinə əhəmiyyətli töhfə verir. Sizə bu önəmli diplomatik missiyada uğurlar arzulayıram", - o qeyd edib.
Mənbə: axar.az