Yaxın Şərq mövzuları üzrə ixtisaslaşmış Telegram kanallarının məlumatına görə, gecə saatlarında İraq Kürdüstanında toqquşmalar baş verib.
Versiyalardan birinə görə, nüfuzlu Harki qəbiləsinin nümayəndələri Ankara ilə sıx əlaqələri olan Bərzani hökumətinə qarşı üsyan ediblər. Başqa bir versiyaya görə, baş verənlər tayfalararası mübahisələrlə bağlıdır.
Əsas yolların bağlandığı qeyd edilir. Xüsusilə də, müxalif birləşmələr əlavə qüvvələrin ötürülməsinin qarşısını almaq üçün Küveyr və Ərbili birləşdirən mühüm magistral yolu bağlayıb.
Döyüşlərin Xor Mor qaz yatağının yaxınlığında getdiyi barədə məlumat var.
Maraqlıdır ki, iyulun 6-da Türkiyənin kürd yönümlü DEM partiyasından olan nümayəndə heyəti İmralı adasına gedib və orada Abdulla Öcalanla görüşüb. Danışıqlar təşkilatın tərksilahına tezliklə başlanacağına dair xəbərlər fonunda baş tutub. Qeyd olunub ki, bu həftə Şimali İraqda PKK-nın tərksilahına başlanılacaq.
Nümayəndə heyəti daha sonra səfərin yekunları barədə məlumat vermək üçün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Tural
Mənbə: publika.az