Rubio sülhdən DANIŞDI - “Gözləyirik ki, Bakı və İrəvan…”

Rubio sülhdən DANIŞDI - “Gözləyirik ki, Bakı və İrəvan…”

Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunacağını gözləyirik.

Bunu ABŞ Dövlət katibi Marko Rubio Ağ Evdə Prezident Donald Trampla birgə keçirilən iclasda deyib.

“Ümid edirəm ki, sülh sazişi tezliklə bağlanacaq”, - o bildirib.

Rubio həmçinin, Hindistanla Pakistan, Konqo DR ilə Ruanda arasında münaqişənin sona çatmasından danışıb. Bununla yanaşı, İranın nüvə proqramı ətrafındakı vəziyyətə toxunub.

Mənbə: publika.az