Paşinyan görün özünü kimlə müqayisə etdi: İndi də bunu mən deyirəm

Paşinyan görün özünü kimlə müqayisə etdi: İndi də bunu mən deyirəm

Paşinyan Amerika Universitetində "Əsl Ermənistan" mövzusunda mühazirə oxuyarkən özünü bir vaxtların fatehinə bənzədib.

O tələbələr qarşısında çıxış edərkən “Mən dövlətəm” ifadəsi işlədərək özünü həmin ifadənin müəllifi XIV Lüdoviklə müqayisə edib. Paşinyan deyib ki, “necə ki, Lui (XIV Lüdovik) bir vaxtlar “mən dövlətəm” demişdi, indi də bunu mən deyirəm".

Daha sonra qeydlərdə dövlətin də özü olduğunu, ona hər hansı bir müdaxilənin dövlətə qəsd olduğunu açıqlayıb.

Xatırladaq ki, XIV Lüdovik tarixə fateh, güclü ordu və donanma yaradan monarx kimi düşüb. Onun Fransa tarixindəki dövrü "Qızıl Əsr" adlanırdı. O, hakimiyyəti dövründə elm, mədəniyyət və memarlıq sahəsinin inkişafına görə, çiçəklənən "Günəş Kralı" hesab olunurdu.

Mənbə: publika.az