Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı ölkələr arasında bizə və Tramp administrasiyasına yaxın olan ənənəvi dəyərləri təbliğ edən film məhsulları mübadiləsinin qurulmasını təklif edib.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, Tramp bu ideyanı bəyənib.
Uşakov əlavə edib ki, Rusiya və ABŞ liderləri şəxsi görüşün mümkünlüyünü müzakirə etməyiblər.
Mənbə: axar.az