Rusiya konsulu “Sputnik Azərbaycan”ın həbsdə olan əməkdaşları ilə görüşüb

Rusiya konsulu “Sputnik Azərbaycan”ın həbsdə olan əməkdaşları ilə görüşüb

Rusiyanın Bakıdakı konsulluğunun nümayəndəsi “Sputnik Azərbaycan”ın həbsdə olan əməkdaşları - direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousovla görüş keçirib.

Bu barədə “Sputnik Near Abroad” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, görüş zamanı konsul jurnalistlərin saxlanma şəraitini yoxlayıb. Mənbənin sözlərinə görə, saxlanılan şəxslər lazımi dərman preparatları və qida ilə təmin olunub.

Mənbə: qafqazinfo.az